DSX-nin polkovnik-leytenantı və 55 hərbi qulluqçusu işdən çıxarıldı - NƏ BAŞ VERİR?

DSX-nin polkovnik-leytenantı və 55 hərbi qulluqçusu işdən çıxarıldı - NƏ BAŞ VERİR?
  • Siyasət / Manşet

  • Xidməti müşavirədə DSX-nin Sərhəd Nəzarətinin "Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-ley­tenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

    Asiya.az verir ki, bu barədə qərar DSX-da dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar keçirilən xidməti müşavirədə elan olunub

    Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib", deyə müşavirdə vurğulanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər