DSX sərhəd-buraxılış məntəqəsində ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yaydı

DSX sərhəd-buraxılış məntəqəsində ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yaydı
  • Sosial / Manşet

  • Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) sərhəd-buraxılış məntəqəsində ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

    Asiya.az xəbər verir ki, DSX-nin mətbuat mərkəzindən verilən məlumatda bildirilir ki, 2018-ci ilin sentyabr ayının 3-də saat 21:10 radələrində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan Respublika­sının ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü, 1993-cü il təvəllüdlü Gürcüstan vətən­daşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi bu­raxılış məntəqəsinin darvazasını sındırıb və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.

    Hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat edib, hadisə zamanı bir ədəd minik avtomobili əzilib və iki nəfər mülki şəxsə yüngül xəsarət yetirilib.

    Ağır nəticələrə səbəb olan qəza hadisəsini törətmiş sürücü saxlanılıb və Qazax rayon polis şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.

    Qeyd: Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində yaralananlar arasında azyaşlı da var.
    PAYLAŞ:

    Oxşar xəbərlər