Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib

Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib
  • Siyasət

  • Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Odessa şəhər kollecində baş verən yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.

    Asiya.az xəbər verir ki, Azərbaycan XİN bu barədə özünün "Twitter” səhifəsində məlumat yayıb:

    "Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.
    PAYLAŞ:

    Oxşar xəbərlər