Şirvanda vətəndaşı boğaza yığan səbəblər və məmur etinasızlığı - VİDEO/FOTOLAR

Şirvanda vətəndaşı boğaza yığan səbəblər və məmur etinasızlığı - VİDEO/FOTOLAR
  • Sosial / Araşdırma / Manşet / Asiya TV

  • Şirvan şəhəri, Neftçilər küçəsi 3A ünvanında yaşayan 3 uşaq anası Günay Kərimova ciddi sosial problemlər içində yaşayır.

    Bunu sözügedən şəxs Asiya.az-a açıqlamasında deyib.

    Şirvanda vətəndaşı boğaza yığan səbəblər və məmur etinasızlığı - VİDEO/FOTOLAR
    Günay Kərimova və övladları

    O bildirib ki, özü və həyat yoldaşı heç yerdə işləmir. “Dəfələrlə iş tapmaq üçün müxtəlif özəl və dövlət qurumlarına müraciət etsək də, iş tapa bilməmişik. Ailə üzvlərindən heç kim işləmədiyi üçün sosial müavinət də ala bilmirik”.

    Bundan əlavə, G.Kərimovanın yaşadığı evin damı örtüyünün də təmirə ehtiyacı var. “Yağış, qar yağarkən evin içinə su damır. Evin döşəməsi beton olduğu üçün qış aylarında soyuqla yanaşı, həm də rütubət olur. Evdə kanalizasiya xətti yoxdur. Daha doğrusu evdən mərkəzi kanalizasiya sisteminə kimi olan məsafəyə boru almaq üçün maddi imkanımız yoxdur. Bu səbəbdən evdən çıxan çirkab sular birbaşa açıq şəkildə həyətə axıdılır. Həyətdə antisanitariya vəziyyəti hökm sürür. Yayda üfunət iyindən həyətə yaxınlaşmaq, qışda isə yağış suları da çirkab sularına qarışaraq həyəti gölməçəyə çevirir. Ailə, uşaqları xəstəlik tapmasın deyə onları evdən çölə buraxmırıq”.
    Şirvanda vətəndaşı boğaza yığan səbəblər və məmur etinasızlığı - VİDEO/FOTOLAR

    Şirvan sakini deyir ki, qarşılaşdıqları sosial problemlərlə bağlı dəfələrlə adiyatı qrumlara, şəhər İcra Hakimiyyətinə müraciət etsə də, dərdlərinə əlac edən olmayıb. “Şəhərimizə yeni icra başçısı təyin ediləndə sevindik ki, bizdə ağ günə çıxarıq. Bu ümidlə keçən həftə Şirvan şəhər İcra Hakimiyətinin başçısı İlqar Abbasovun qəbuluna getdim. Əvvəlcə məni icra başçısının qəbuluna buraxmaq istəmədilər. Çox yalvar-yaxardan sonra növbəyə yazdılar. İcra hakimiyyətinin işçiləri, mühafizə polisləri qəbula gələn vətəndaşlarla çox kobud davranırdılar. Orada bir qiyamət var idi ki, gəl görəsən. Qəbula gələn qadınlardan biri icra hakimiyyətinin əməkdaşları və polisin kobud hərəkətlərini mobil telefon ilə çəkmək istəyərkən, polis əməkdaşları həmin qadını vurub, yerə yıxaraq, əlindən telefonunu aldılar. Axır ki, çox gözləyəndən sonra qəbula girə bildim.

    İcra başçısı İlqar Abbasova dərdimi danışdım. İ.Abbasov məmurlardan birinə tapşırıq verdi ki, mənimlə maraqlanıb, dərdimə əlac etsin.
    Həmin məmur zaldan çıxaraq məni dinlədi və bildirdi ki, sizin dediyiniz problemlər bizim səlahiyyətimizdə deyil . Dedim axı icra başçısı sizə tapşırdı ki, mənə köməklik göstərəsiniz. O da bildirdi ki, bizlik deyil. Yenidən icra başçısının qəbuluna girmək istədikdə, polislər mənə imkan vermədilər. Mən ümid edirdim ki, köhnə başçı çıxacaq, yeni icra başçısı bizə yardımçı olacaq”.

    Şirvanda vətəndaşı boğaza yığan səbəblər və məmur etinasızlığı - VİDEO/FOTOLAR

    Günay Kərimova daha sonra Prezident İlham Əliyevə qarşılaşdığı məmur özbaşınalığı, sosial durumu ilə bağlı video müraciət edib.

    Mövzunu diqqətdə saxlayacağıq.

    Asiya.az


    PAYLAŞ:

    Oxşar xəbərlər