Bakıda uşaqların olduğu mərkəzdə partlayış oldu - xəsarət alan var

Bakıda uşaqların olduğu mərkəzdə partlayış oldu - xəsarət alan var
  • Olay

  • Lökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.

    Asiya.az xəbər verir ki. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat Təcili Yardıma saat 10:14-də daxil olub.

    Hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər.

    Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb.

    Daha bir neçə nəfər hadisə zamanı stress keçirib.

    Onlara yerində yardım göstərilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər