Ağ Ev qondarma “soyqırım” qətnaməsi təsdiqlə

Ağ Ev qondarma “soyqırım” qətnaməsi təsdiqlə
  • Dünya

  • ABŞ Dövlət katibinin sözçüsü Morqan Ortaqus Senatın "soyqırım” qərarına Ağ Evin şərik olmadığını, 24 Aprel açıqlamasının yenə qüvvədə qaldığını deyib.

    Asiya.az xəbər verir ki, Ortaqus 1915-ci il erməni hadisələrini "soyqırımı" kimi tanıyan Senatın qərar layihəsini dəstəkləmədiklərini və rəhbərliyin mövqeyinin dəyişmədiyini bildirib:

    "1915-ci il hadisələri ilə bağlı rəhbərliyin mövqeyi dəyişməyib. Buna dair fikirlərimiz prezidentin ötən ilin aprelindəki konkret bəyanatında əksini tapıb”.

    Sputnik-in məlumatına görə, ABŞ prezidenti Tramp 24 aprel 1915-ci il erməni hadisələrinin ildönümü ilə bağlı yazılı açıqlamasında "Böyük fəlakət" ifadəsini işlətsə də, "soyqırım" iddialarını təsdiq edəcək bir ifadədən istifadə etməmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər