Skandinaviya ölkəsində miqrantlar təqaüdçülərlə yaşayacaq

Skandinaviya ölkəsində miqrantlar təqaüdçülərlə yaşayacaq
  • Dünya

  • İsveçdə gənc miqrantlar təqaüdçülərin yanına köçürüləcək. Bu haqda “Deutsche Welle” nəşri yazır.

    Asiya.az xəbər verir ki, bu məqsədlə “SällBo” layihəsi işə salınıb. Layihə rəhbərləri inanır ki, yenilik təqaüdçülərə tənhalıq hissindən yaxa qurtarmağa kömək edəcək, miqrantlar isə inteqrasiya baxımından əziyyət çəkməyəcək.

    İlk addım Helsinqborqda atılacaq. Xüsusi yataqxanaların otaqlarından 31-i təqaüdçülər, 20-si isə miqrantlar üçün ayrılıb. Miqrantlar 18-25 yaş arası gənclərdir. Onların arasında evli olan, hətta uşaq dünyaya gətirənlər də var.

    Layihə daha çox miqrantların xeyrinə işləyəcək. Çünki gəlmələr, adətən, yerli əhali ilə az əlaqədə olur. Xüsusilə yaşlı insanlarla çox ünsiyyət qura bilmirlər. Birgə yaşayış formatı isə hər iki zümrəyə fayda verəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər