Nərminin qətli ilə bağlı şok faktlar (FOTO)- Yenilənib- Rəsmi

Nərminin qətli ilə bağlı şok faktlar (FOTO)- Yenilənib- Rəsmi
  • Manşet / Hadisə

  • Tovuz rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq eksperimenti aparıblar. 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinərək saxlanılan 47 yaşlı İlkin Süleymanovun qurbanını necə öldürdüyünü ətraflı formada göstərib.

    Asiya.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Xatırladaq ki, İ.Süleymanov yanvarın 8-də saxlanılıb. İlk öncə bildirilib ki, öldürülən Nərminin alovlu bədənini ilk görən o olub.

    Yanvarın 10-da o, törətdiyi əməli etiraf edib.

    Məlum olub ki, İ.Süleymanov subaydır, ali təhsili var, üç dildə (Azərbaycan, rus və ingilis) danışır. Rusiyada oxuyub, işləyib, amma son illərdə valideynləri ilə yaşayıb. Süleymanovların evi Nərminin atası Şərif Quliyevə aid olan sahədən 500 metr məsafədə yerləşir.

    Bildirilir ki, bütün bu müddət ərzində oğru qızı kənddəki ailəsinə məxsus böyük bir evdə gizləyib, amma orada heç kim yaşamır.

    Nərmini qətlə yetirən İlkin Süleymanova başqaları da kömək edib.

    Asiya.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Nərminin əmisi Lətif Quliyev deyib. O bildirib ki, hadisənin təfərrüatı barədə onlara tam məlumat verilməyib:

    "İlkin Süleymanova başqaları da kömək edib. Sabah və yaxud biri gün daha geniş məlumat açıqlanacaq. Bizdə Nərminin dəqiq nə zaman və nə səbəbə öldürülüməsi, niyə yandırılması barədə məlumat yoxdur. Ancaq bildiriblər ki, İ.Süleymanovdan başqa şübhəlilər də var. Hazırda istintaq o istiqamətdə gedir”.

    Unikal.org Nərmini öldürən İlkin Süleymanovun kimliyini araşdırıb.


    Məlum olub ki, İlkin Süleymanov M.V. Lomonosov adına Moskva Dövlət Universitetini (MDU) bitirib və Rusiya paytaxtında çalışıb. Bir neçə il sonra Bakıya qayıdaraq burada özəl sektorda çalışıb.

    Süleymanov 10 ilə yaxın imiş özünə qapandığı üçün valideyinlərinin yanında Tovuzda Dondar Quşçu kəndində yaşayıb. Bir bacı və qardaşı var. Atası uzun illər kənddə fizika müəllimi işləyib.

    Kənddə hörməti olan şəxs olub və hazırda yataq xəstəsidir.

    Faktla bağlı istintaq davam edir.

    ***

    Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

    Asiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

    Məlumatda deyilir:

    Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

    İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

    İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

    İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

    Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Nərminin qətli ilə bağlı şok faktlar (FOTO)- Yenilənib- Rəsmi

    ***

    Tovuzda azyaşlı Nərmini qətlə yetirərək evlərinin yaxınlığında yandıran şəxsin fotosu əldə edilib.

    Asiya.az News24.az-ın əldə etdiyi fotonu təqdim edir.

    Nərminin qətli ilə bağlı şok faktlar (FOTO)- Yenilənib- Rəsmi

    Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.
    PAYLAŞ:

    Oxşar xəbərlər