Deputatlığa namizəd Şirvandakı özbaşınalıqla bağlı prezidentə müraciət etdi

Deputatlığa namizəd Şirvandakı özbaşınalıqla bağlı prezidentə müraciət etdi
  • Manşet, Olay

  • Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan İsmayıl Nadirli (İslamoğlu) Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən seçki prosesinə edilən müdaxilələrlə bağlı “Asiya.az” xəbər portalı vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə,
    Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya,
    Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edib.

    Müraciətdə deyilir:

    “Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə,
    Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya,
    Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazova

    AÇIQ MƏKTUB:

    Yazıb sizə bildirmək istəyirəm ki, Şirvan şəhərində 9 fevrala təyin olunmuş növbədənkənar Milli Məclis seçkilərinə hazırlıq prosesində indidən şəffaflıq pozulur. Namizədlərə müxtəlif vasitələrlə təzyiqlər olunur. Bununla yanaşı hətta namizədlərə dəstək olan şəxslər də müxtəlif formalarda təzyiqlərə və təhdidlərə məruz qalırlar.
    Ölkə başçısı, Mehriban xanım və cənab nazir, xüsusi ilə qeyd etmək istəyirəm ki, icra hakimiyyətində hansı vəzifədə çalışdığı bəlli olmayan şəxslər, Mercedes markalı (qeydiyyat nömrə nişanının son rəqəmi 503 dür) maşınla, idmançı şəxslərlə görüşür, seçki vaxtı baş verəcək hansısa qanunsuzluğa etiraz edəcək müşahidəçiləri məntəqədən uzaqlaşdıraraq "başa salmaq" adı ilə vurmaları istənilib. Bunun qarşılığı isə onlara küllü miqdarda məbləğlər təklif olunub.
    Məgər biz hansı dövrdə yaşayırıq? Bu qədər dərəbəyliyin hökm sürdüyü bir şəhərdə seçki şəffaflığından heç bir söhbət gedə bilməz artıq. Köhnə komandanın dəstəyini arxasına toplamış bəzi namizədlər, iş günü böyük bir zalda görüş təyin edir və bu zala dövlət işçiləri işlərini yarımçıq qoyaraq məcburi həmin görüşə yollanırlar.
    Daha bir fakt isə, bəzi namizədlərə seçki lövhələrinə fotolarını yapışdırmaq qadağan edilib. Və dayandırılması tələb olunub.
    Yazıb sizə müraciət edirəm ki, seçki günü mənim müşahidəçilərimdən hər hansısa birinə təzyiq olunarsa, bu zaman bütün məsuliyyəti Şirvan şəhərinin təhlükəsizlik orqanları ilə yanaşı, həm də İcra hakimiyyətinin məsul şəxsləri məsuliyyət daşıyırlar.
    Bu məsələlərlə əlaqədar olaraq, lazımi sübut və faktları sizlərə təqdim etməyə hazıram.
    Şirvanda gedən bu özbaşınalıqlara, qohumbazlıq prinsiplərinə son qoyulsun!"

    Hörmətlə: Deputatlığa namizəd İsmayıl İslamoğlu
    PAYLAŞ:

    Oxşar xəbərlər