Bakıda 3 nəfər koronavirusa görə xəstəxanaya müraciət etdi - SON DƏQİQƏ!

Bakıda 3 nəfər koronavirusa görə xəstəxanaya müraciət etdi - SON DƏQİQƏ!
  • Sosial

  • Bakıda koronavirusa yoluxmada şübhəli bilinən 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Asiya.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.

    Onun sözlərinə görə, həmin şəxslərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, 1 nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakultəsində təhsil alan Çin vətəndaşı, digər şəxs isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır:

    "Çində təhsil alan azərbaycanlı və Krasnoyarsk vilayətindən gələn şəxs yoxlanılıb, analizlərin cavabları mənfi gəldiyi üçün evə buraxılıb. Yanvarın 27-də mərkəzə daxil olan çinli tələbə isə hazırda müalicəsini davam etdirir. Onun da analizlərinin cavabı mənfi gəlib, özünü normal hiss edir və yaxın günlərdə evə buraxılacaq".

    Hazırda dünyanı ələ keçirən koronavirus epidemiyasından xalqı qorumaq üçün səhiyyə təşkilatları bir çox tövsiyələr yayımlayıblar.

    Virusdan müdafiə olunmağın maraqlı üsullarından birini də türkiyəli prof. dr. Erdem Yeşilada açıqlayıb.

    Professorun sözlərinə görə, koronavirusdan müdafiə olunmaq istəyiriksə, ilk növbədə boğazımızı və ağciyərlərimizi qorumalıyıq.

    O bildirir ki, bu baxımdan nar meyvəsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, nar qabığının ekstraktı virusların 60 faizini sürətli şəkildə məhv etməyə qadirdir:

    "Nar qabığı ekstraktındakı "punikalaqin" adlı aktiv maddənin bu cür viruslara qarşı ölümcül təsir göstərdiyini sübut edən bir çox araşdırma var. Ancaq nar yemək və ya nar qabığından çay dəmləyib içmək sizi virusdan qorumayacaq. Çünki bu maddə mədəyə getdikdən sonra boğazı müafiə edə bilməz. Ona görə də tərkibində nar qabığı ekstraktı, zəncəfil və sarıkök olan, şəkərsiz sorma tabletlərdən istifadə etmək lazımdır. Sorma tablet ağızda olduğu müddətcə və sonrakı 1 saat ərzində qida və ya maye qəbulu qadağandır. Bu sorma tabletlər ağız boşluğunda xüsusi qoruyucu "qalxan" əmələ gətirərək, virusların boğaza yerləşməyinə mane olacaq".
    PAYLAŞ:

    Oxşar xəbərlər