Əli Həsənovun əsas media orqanı bağlandı - VİDEO

Əli Həsənovun əsas media orqanı bağlandı - VİDEO
  • Cəmiyyət

  • Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənova məxsus informasiya agentliyi Azadinform.az fəaliyyətini dayandırıb.

    Asiya.az xəbər verir ki, agentliyin ləğvi dünən axşam kollektivə elan edilib və bu gündən bütün əməkdaşlarla müqavilələrə xitam verilib.

    Dünən gecədən saytda heç bir yenilənmə yoxdur.

    1999-cu ildən fəaliyyət göstərən Azadinform İnformasiya Agentliyi Əli Həsənovun əsas media orqanlarından idi. O, vəzifəsindən azad edildikdən sonra nəzarətindəki saytlar fəaliyyətini dayandırmağa başlayıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər