İqbal Məmmədov kampaniyanın son gününədək görüşlərini davam etdirir - FOTOLAR

İqbal Məmmədov kampaniyanın son gününədək görüşlərini davam etdirir - FOTOLAR
  • Siyasət

  • 78 saylı Lerik seçki dairəsindən YAP-ın deputatlığa namizədi İqbal Məmmədov seçki kampaniyasının son günlərində də seçicilərlə görüşlərini davam etdirir.
    Asiya.az xəbər verir ki, İqbal Məmmədov bu dəfə Lerikin daha dörd kədində görüşlər keçirib.

    Lerikin sərt iqlim şəraitinə baxmayaraq, təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirən namizəd rayonun Hamarmeşə, Bibiyani, Peştətük Rəzgov kəndlərində seçicilərilə görüşüb. YAP-ın namizədi kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclərlə söhbətləşib.

    İ.Məmmədov öz seçicilərilə ötən 5 il ərzindəki deputat fəaliyyəti və qarşıda duran məsələlər haqqında geniş fikir mübadiləsi aparıb. Eyni zamanda, “Daha güclü Azərbaycan naminə!” seçki devizi altında növbəti 5 ildə də Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində daha yüksək nailiyyətlər əldə ediləcəyindən bəhs edib. Görüşdə iştirak edən seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və partiyanın namizədinə yekdilliklə səs verəcəklərini bildiriblər.


    İqbal Məmmədov kampaniyanın son gününədək görüşlərini davam etdirir - FOTOLAR
    İqbal Məmmədov kampaniyanın son gününədək görüşlərini davam etdirir - FOTOLAR
    İqbal Məmmədov kampaniyanın son gününədək görüşlərini davam etdirir - FOTOLAR
    İqbal Məmmədov kampaniyanın son gününədək görüşlərini davam etdirir - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər