İran prezidenti istefaya gedir? - ŞOK İDDİA

İran prezidenti istefaya gedir? - ŞOK İDDİA
  • Dünya

  • İranda ölkə başçısı Həsən Ruhaninin istefaya gedəcəyi ilə bağlı şayiələr yayılıb.

    Bu barədə “Al-Monitor” elektron qəzeti yazıb.

    Nəşr sözügedən iddiaların arxasında keçmiş deputat Əlirza Zakaninin dayandığını qeyd edib.

    İddiaya görə, Ə.Zakani ötən həftə mühafizəkar deputatlarla görüş zamanı deyib ki, hakimiyyət ABŞ-la danışıqların başlanmasına nail ola bilməyəcəyi təqdirdə, H.Ruhani istefaya gedəcək.

    Sözügedən məsələyə artıq rəsmi münasibət bildirilib. İran hökumətinin rəsmi nümayəndəsi və Ruhaninin köməkçisi Əli Rabi məsələ ilə bağlı deyib:

    “Ruhani prezidentlik müddətinin başa çatmasına qədər ölkəmizlə qalacaq”.
    PAYLAŞ:

    Oxşar xəbərlər