Qarabağ qazisinin ailəsi çörəksiz qalıb: Evdə işləyən yeganə şəxs işdən çıxarıldı - ŞİKAYƏT

Qarabağ qazisinin ailəsi çörəksiz qalıb: Evdə işləyən yeganə şəxs işdən çıxarıldı - ŞİKAYƏT
  • Sosial

  • İşdən çıxarılan 3 uşaq anasına Nazirlikdən Cavab: Vakant vəzifə yarandıqda işlə təmin olunacaq

    Asiya.az
    xəbər verir ki, Bakı şəhər sakini, Əhmədova Lalə Mustafa qızı hüquqlarının pozulması iddiası ilə müraciət edib.

    Saytımıza müraciət edən vətəndaş bildirib ki, ona xəbərdarlıq olunmadan 34 il işlədiyi məsləhətçi vəzifəsindən işdən çıxarılıb.

    “ 1990-cı ildə Azərbaycan SSRİ-nin Xalq Təhsili Nazirliyinin Bakı Plan İqtisad Texnikomunun Texnik-Riyaziyyatçı-proqramlaşdırıcı ixtisasını bitirmişəm. 20 fevral 1985-ci il tarixdən bu sistemdə mühasib vəzifəsində işləmişəm.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri,Yasamal rayon şöbəsində 34 il məsləhətçi vəzifəsində işləmişəm. Həmin illərdə işimlə bağlı hər hansı bir nöqsana yol verməmişəm. Hər zaman qabaqcıl işçilərdən hesab olunmuşam.
    2019-cu ilin oktyabrın 29-da işə gəldim. Gördüm ki, mənim oturduğum iş masasında başqa bir xanım əyləşib. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Sonra bizə dedilər ki, bizi artıq işdən çıxrıblar. Bizə bildirdilər ki, Yasamal Rayon şöbəsi ləğv olunduğu üçün 25 nəfər işçi ixtisara düşüb. Biz bu qərara etiraz etdik. Buna baxmayaraq noyabrın 1-dən əmrlə bizi işdən çıxardılar.”

    Lalə Əhmədova bildirib ki, onun həyat yoldaşı Əhmədov Rauf Həmzə oğlu II Qrup Qarabağ əlilidir. Həmçinin himayəsində 3 uşaq var. Onlardan biri məktəbli, digərləri tələbədir.

    “Qanunvericiliyə görə, mənim ailə vəziyyətim nəzərə alınmalı idi. Yoldaşım Qarabağ əlilidir. O,hazırda işləyə bilmir. Bundan əlavə himayəmdə 3 uşaq var. Onlardan biri orta məktəbdə oxuyur. Digərləri isə tələbədir. Ailəmizdə yeganə qazanc yeri mən idim. İşdən çıxarıldıqdan sonra ciddi problemlər yaşayıram.”

    Lalə Əhmədova bildirib ki, ona ödənilməsi olan kompensasiya bu günə kimi tam olaraq verilmir.

    “Bizi işdən çıxaranda dedilər ki, iki ay müddətində əmək haqqının 2 misli miqdarında pul ödəniləcək. Cəmi bir dəfə noyabr ayının pulu ödənilib. Digər ödənişi ödəməkdən imtina etdilər. Bildirdilər ki, Qanunda dəyişiklik olduğu üçün pulu ödəməyəcəklər. Həmin məbləğ bir çox işçilərə bu günə kimi ödənilməyib.”

    Lalə Əhmədovanın sözlərinə görə, onlarla ixtisara düşən bir sıra işçilər digər işlərlə təmin olunsa da, onun müraciətinə və işlə təmin olunmasına baxılmayıb.

    Lalə Əhmədova bildirib ki, hazırda sosial vəziyyətləri olduqca pisdir. Ağır depresiyyadan sonra o yatağa düşüb.

    Oxu24.com məsələnin hüquqi tərəfini araşdırmaq məqsədi ilə vəkil Mehman Muradlı ilə əlaqə saxlayıb. Vəkilin sözlərinə görə, Əmək Məcəlləsinin 79-cu maddəsində Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar barədə ətraflı məlumat verilir.
    Vətəndaşın bir ay müddətinə məhkəməyə müraciət etmək hüququ var.

    Həmin maddədə aşağıdakı hallarda işçilərin əmək müqaviləsinə xitam verilə bilməz

    1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
    2. yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
    3. əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
    5. məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
    6. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

    Konkret olaraq xanımın müraciətində qeyd edilən ixtisarnan işdən çıxarılmaq məsələsinə gəlincə məcəllənin 78-ci maddəsində qeyd edilir ki, İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər aşağıdakılardır:

    1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

    2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

    şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə);

    öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;

    həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;

    xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;

    kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.


    Oxu24.com vətəndaşın müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən verilən rəsmi məlumata görə, müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda ehtiyat kadr kimi ilə Lalə Mustafa qızı Əhmədovanın uyğun vəzifəyə təyinatı təmin ediləcəkdir.

    “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunun optimallaşdırılması və yerli qurumların səmərəliliyinin artırılması məqsədi ilə DSMF-nin Səbail və Yasamal rayon şöbələrinin bazasında Fondun 1 saylı Bakı Ərazi şöbəsi yaradılıb.
    Əhmədova Lalə Mustafa qızının çalışdığı şöbə ləğv edildiyindən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 4-cü hissəsi ilə və 19040018702 nömrəli əmrin 1.10-cu yarımbəndi ilə Lalə Mustafa qızı Əhmədovanın dövlət qulluğuna və müvafiq olaraq bağlanmış Əmək müqaviləsinə 2019-cu il 01 noyabr tarixdən xitam verilib.
    Əmək müqaviləsinə xitam verilmiş işçinin son haqq-hesabının aparılması və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cu hissəsinə əsasən işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq L.Əhmədovaya işdənçıxarma müavinəti ödənilmişdir.
    Həmin əmrin 2-ci bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmiş dövlət qulluqçusu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsində 2 il müddətində ehtiyat kadr kimi saxlanılır.

    Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda ehtiyat kadr kimi ilə Lalə Mustafa qızı Əhmədovanın uyğun vəzifəyə təyinatı təmin ediləcəkdir.
    “Dövlət qulluğu haqqında” mövcud qanunvericiliyə əsasən dövlət qulluqçusuna vəzifə maaşına və ixtisasına uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük verilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər