Masallıda 3 nəfərin güllələnməsinin dəhşətli təfərrüatı - Zorladığı qızla ailə qurubmuş- Yenilənib

Masallıda 3 nəfərin güllələnməsinin dəhşətli təfərrüatı - Zorladığı qızla ailə qurubmuş- Yenilənib
  • Manşet / Hadisə

  • Masallı rayonunda baş verən ailə faciəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

    Qafqazinfo-nun məlumatına görə, bu gün öldürdüyü keçmiş həyat yoldaşı Alimənin altı yaşı olanda Sarvan onunla zorla intim əlaqədə olub.

    Buna görə Sarvan bir neçə il həbsdə yatıb və ailələr razılığa gəlib ki, Sarvan həbsdən çıxandan sonra Alimə ilə evlənəcək. Bu razılıq da reallaşıb və cütlüyün bu nikahdan iki uşağı dünyaya gəlib.

    Son vaxt ailələr arasında münaqişə böyüdüyü üçün onlar rəsmi olaraq boşanıblar. Lakin bu yaxınlarda ailələr Sarvan və Alimə üçün yeni ev tikiblər, cütlük bir müddət orada da yaşayıb.

    Bunun ardınca isə evə görə ailələr arasında münaqişə böyüyüb. Alimənin anası Zemfiranın isə psixoloji problemləri olduğu bildirilir. Onun təzyiqi ilə cütlük növbəti dəfə ayrılıblar. Sarvan cehiz əşyalarını aparmaq üçün həmin yeni tikilən evə gələn keçmiş arvadı Alimə, onun qardaşı Alim və anası Zemfiranı ov tüfəndi ilə vurduqdan sonra özünə də çənəsindən atəş açıb.

    Lakin Sarvan bundan sonra hadisə yerindən qaçaraq yaxınlıqdakı yarımtikilidə gizlənib, polis onu qan izlərini təqib edərək tapıb. Sarvan xəstəxanaya aparılsa da, vəfat edib. Hadisə nəticəsində Alimə və Alim də ölüb, Zemfiranın vəziyyəti ağırdır.

    Sarvan kənddə ovçuluqla məşğul olub, dolanışığını da ovladığı quşları satmaqla təmin edib.

    ***

    Rayonun Təzəkənd kəndində qətlə yetirilən şəxslərin adları məlum olub. Belə ki, kənd sakini Ağayev Sərxan Azayxan oğlu avtomatla yaşadığı evin həyətində həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını qaynı, 1995-ci il təvəllüdlü Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib. O, daha sonra avtomatla öz sifət nahiyəsinə atəş açıb. Miralim və Alimə aldıqları xəsarətlərdən xəstəxanaya yerləşdirilib və orada keçiniblər. Sarvan Ağayevin vəziyyətinin kritik olduğu və yaşamaq şansının olmadığı, Z.Nəbiyevanın vəziyyətinin isə ağır olduğu bildirilib.

    İlkin araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl A.Nəbiyeva S.Ağayevdən boşanmaqla bağlı məhkəməyə müraciət edib və uşağa görə aliment kəsilib. Bu gün isə gəlinin ailə üzvləri onun cehizini aparmaq üçün Sarvangilin həyətinə gəlib. Bu zaman S.Ağayev avtomatla atəş açmağa başlayıb və dəhşətli hadisə baş verib.

    Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi digər məlumata görə, hadisəni törədən S.Ağayev daha əvvəl məhkumluq həyatı yaşayıb. Belə ki, o, Alimə Nəbiyevanı zorladığı üçün barəsində Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə iş açılıb və 9 il müddətinə həbs edilib. 6 il həbsxanada qalandan sonra Sarvan Ağayev azadlığa çıxıb və Alimə ilə evlənib. Lakin bundan sonra da, onların arasında münasibətlər düzəlməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər