Nahid Bağırov İsmayıllının icra başçısı oldu- SƏRƏNCAM

Nahid Bağırov İsmayıllının icra başçısı oldu- SƏRƏNCAM
  • Sosial

  • Prezident İlham Əliyev Mirdaməd Sadıqovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az
    xəbər verir ki, sərəncamla Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Dövlət başçısının digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Sərəncamda deyilir:

    "Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

    Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".

    Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənməyə görə Nahid Bağırovu 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər