Milli Məclisin 16 deputatına xidməti avtomobil veriləcək (SİYAHI)

Milli Məclisin 16 deputatına xidməti avtomobil veriləcək (SİYAHI)
  • Siyasət, Manşet

  • Milli Məclisin Sədri, sədrin I müavini, sədr müavinləri, o cümlədən, parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin ediləcək.

    Asiya.az
    "Report”a istinadən xəbər verir ki, xidməti avtomobillə təmin olunacaq deputatların siyahısını təqdim edir.

    1. Milli Məclisin Sədri - Sahibə Qafarova;

    2. Milli Məclis sədrinin I müavini – Əli Hüseynli;

    3. Milli Məclis sədrinin müavini – Fəzail İbrahimli;

    4. Milli Məclis sədrinin müavini - Аdil Əliyev;

    5. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri – Ziyаfət Əsgərov;

    6. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev;

    7. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev;

    8. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc;

    9. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov;

    10. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri – Tahir Mirkişili;

    11. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov;

    12. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev;

    13. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov;

    14. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovа;

    15. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Pаşayeva;

    16. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov.

    Milli Məclisin 15 komitəsindən 3-nün sədrinə isə komitə sədri kimi xidməti avtomobil verilməyəcək. Buna səbəb onların parlamentdə daha yüksək vəzifə sahibi kimi avtomobillə təmin olunmasıdır.

    Bundan əlavə, bəzi deputatların xidməti avtomobillərinin dəyişdiriləcəyi gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər