Gənc fəal icra başçısından Prezidentə müraciət etdi - VİDEO

Gənc fəal icra başçısından Prezidentə müraciət etdi - VİDEO
  • Siyasət / Manşet / Asiya TV

  • Gənc fəal, YAP üzvü Abışova Aynurə Prezident İlham Əliyevə video müraciət edib.

    Asiya.az Afn.az-a istinadən xəbər verir ki, şəhid qızı olduğunu deyən Aynurə Abışova Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tərəfindən təzyiqlərlə üzləşdiyini, vətənpərvər addımlarına görə başçı tərəfindən töhmət aldığını və qanunsuz olaraq işdən çıxarıldığını deyib. Məhkəməyə müraciət edən gənc fəal qarşı tərəfin geri çəkilmədiyini, ona təzyiqlərin davam etdiyini bildirib. O, Prezidentdən məsələyə müdaxilə edərək pozulmuş hüquqlarının bərpa olunmasında yardım etməsini xahiş edib.
    Ətraflı videodan tanış ola bilərsiniz:

    Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
    Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər