"Ermənilər Qərbi Azərbaycandakı toponimlərin hamısını dəyişiblər” - Anar İsgəndərov

"Ermənilər Qərbi Azərbaycandakı toponimlərin hamısını dəyişiblər” - Anar İsgəndərov
  • Cəmiyyət

  • Milli Məclisin plenar iclasında Toponomiya komissiyasının tərkibi haqqında layihə geniş müzakirələrə səbəb oldu.

    Deputat Anar İsgəndərov çıxışında bildirdi ki, bu gün ermənilər Azərbaycan toponomlərini dəyişməklə yanaşı, onları dünyaya da yayırlar. “Bizə düşmən olan ermənilər Qərbi Azərbaycandakı toponimlərin hamısını dəyişiblər”.

    Deputat Musa Qasımlı isə dedi ki, Azərbaycan dövlət müstəqilliyini bəpa edəndən bəri bu salonda bir çox toponimlər yersiz dəyişdirilib. “Biz toponimlərimizi qorumalıyıq, o bizim mədəniyyətimiz, keçmişimiz və tariximizdir. Ona zamanında səs verənlər öz vicdanları qarşısında da cavab verməlidirlər”-deyə, M.Qasımlı məsələyə münasibət bildirdi.

    Deputat Siyavuş Novruzov isə dedi ki, Toponomiya komissiyası sədrinin adı məlum deyil.

    Milli Məclisin Aparat sədri Səfa Mirzəyev izahat verərkən bikldirdi ki, Toponomiya komissiyası komitə deyil, burada son söz Milli Məclisindir.

    Vitse-spiker Fəzail İbrahimli çıxışında bildirdi ki, uzun illər bu komissiyanın tərkibində olub. “Tutaq ki, rayonda hər hansı yer adı, kənd adı dəyişilir. İlk növbədə kənd icmasının iclasının protokoli icra hakimiyyətinə göndərilir. Sonra həmin təklif müvafiq quruma və Milli Məclisə göndərilir. Bu gün bizim qarşımızdakı əsas məqsəd bundan ibarətdir: “komissiyanın tərkibini bəyənirik? “Hə”. Bəyənmirik? “Yox”. Bundan sonra məsələ səsə qoyuldu və 88 səs lehinə, 1 səs əleyhinə olmaqla qəbul edildi.
    PAYLAŞ:

    Oxşar xəbərlər