Jurnalistlər üçün karantin qaydaları AÇIQLANDI

Jurnalistlər üçün karantin qaydaları AÇIQLANDI
  • Sosial

  • “Jurnalistlərin fəaliyyətinə məhdudiyyət yoxdur”.

    Asiya.az
    xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

    O deyib ki, jurnalistlər də rayonlar və şəhərlərarası hərəkətə qoyulmuş qadağalara əməl etməlidir: “Bakıda yaşayan jurnalist Bakı, Sumqayıt və Abşeronda sərbəst fəaliyyət göstərəcək. Amma rayonlara gedə bilməz. Gəncədə işləyən jurnalist də Bakıya gələ bilməz”.

    DİN-in rəsmi Əziz Baqişev isə deyib ki, jurnalistlər və hər bir şəxs küçəyə çıxarkən üzərində xidməti vəsiqə və ya iş yerindən arayış olmalıdır: “Vəsiqə yoxdursa, arayış verməlidir. Əgər vəsiqə varsa, arayışa ehtiyac yoxdur”.
    PAYLAŞ:

    Oxşar xəbərlər