Ümid Partiyası aztəminatlı ailələrə ərzaq yardımı etdi

Ümid Partiyası aztəminatlı ailələrə ərzaq yardımı etdi
  • Sosial

  • Asiya.az-a bu barədə Ümid Partiyasından məlumat verilib.

    "Bildiyimiz kimi dünyanı saran koronavirus pandemiyası çox təəssüf ki, ölkəmizdən yan keçməyib.

    Pandemiya ərəfəsində nəzərə çarpan əsas problem işsiz, imkansız ailələrin gündəlik ərzağa olan ehtiyacı oldu.

    Təəssüf ki, Azərbaycan höküməti pandemiya ilə mübarizədə çox mürəkkəb yol seçib, #evdəqal deməklə işsiz qalan insanların gündəlik ehtiyaclarını ödəməyini hələ də plan olaraq saxlayıb.

    Hər zaman vətəndaşların yanında olan Ümid Partiyası bu dönəmdə də ölkədə ilk olaraq, yardımlaşma kampaniyası başladıb, ehtiyaclı vətəndaşları yalnız buraxmamağa çalışır.

    Artıq bir aydan çoxdur ki, partiya İqbal Ağazadənin təşəbbüsü və təşkilatçılığı ilə imkan daxilində Azərbaycan xalqının yanındadır.

    Təəssüf ki, yardıma ehtiyacı olan ailələrin sayı daha çoxdur.

    Biz Ümid Partiyası olaraq, imkanı olan hər kəsi yardımlaşma kampaniyasına qoşulmağa çağırırıq. Gəlin, bu çətin günlərdə birləşək, xalqımızın yanında olaq, məmləkətimizi iqtidar-müxalifət demədən ağır durumdan birlikdə çıxaraq".
    PAYLAŞ:

    Oxşar xəbərlər