Pulsuz onlayn imtahanlara qeydiyyat davam edir

Pulsuz onlayn imtahanlara qeydiyyat davam edir
  • Sosial / Manşet

  • Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.

    Asiya.az xəbər verir ki, hazırda olan məlumata əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 20887 istifadəçi tərəfindən 48411 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

    Qeyd edək ki, portalda 5-ci sinifdən başlayaraq fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların da mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək mümkündür.

    Əlavə məlumatı DİM-in saytından əldə edə bilərsiz.
    PAYLAŞ:

    Oxşar xəbərlər