Kürdəmirdə karantin rejimini pozan kafe aşkarlandı

Kürdəmirdə karantin rejimini pozan kafe aşkarlandı
  • Olay

  • Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq, Kürdəmir rayonunda bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinib.

    Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Mollakənd kəndində xüsusi karantin rejimini pozaraq gizli şəkildə fəaliyyət göstərən kafe aşkar ediblər.

    Həmin kafenin sahibi 1958-ci təvəllüdlü Hacıyev Xanəhməd İman oğlu polis şöbəsinə gətirilib.

    Xüsusi karantin qaydalarını pozan Xanəhməd Hacıyev barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb, 100 manat məbləğində cərimə edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər