Bahalaşan və ucuzlaşan ərzaq məhsulları – Siyahı

Bahalaşan və ucuzlaşan ərzaq məhsulları – Siyahı
  • İqtisadiyyat / Manşet

  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb...

    Asiya.az
    xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

    2020-ci ilin martında əvvəlki aya nisbətən yumru düyünün, qarabaşağın, manna yarmasının, makaron məmulatlarının, mal, qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, kəsmiyin, günəbaxan yağının, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, çayın, arağın, pivənin və tütün məmulatlarının qiymətində daha çox bahalaşma müşahidə olunub.

    Ucuzlaşma isə, əsasən, unun, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, bananın, şəkər və şəkər tozunun qiymətlərində müşahidə edilib.

    Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər