UEFA AFFA-ya maliyyə yardımı ayırdı

UEFA AFFA-ya maliyyə yardımı ayırdı
  • İqtisadiyyat / İdman

  • UEFA koronavirusla mübarizə çərçivəsində quruma üzv olan 55 milli assosiasiyaya maliyyə yardımı ayırıb.

    Vəsait ümumilikdə 236,5 milyon avro təşkil edir.

    Bildirilib ki, məbləğ hazırkı xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək məqsədilə assosiasiyalar arasında bölüşdürüləcək.

    Bununla yanaşı, qitə futbol qurumu bütün səviyyələrdə koronavirusun futbola mənfi təsiri fonunda hər bir assosiasiyaya öz prioritetlərini təyin etməyə icazə verib. (Report.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər