Nazirlik Masallı sakininə “xaricdəsən” deyib, 190 manat vermədi - FOTO

Nazirlik Masallı sakininə “xaricdəsən” deyib, 190 manat vermədi - FOTO
  • Araşdırma / İqtisadiyyat

  • "5 aydan çoxdur mən Azərbaycandan kənara çıxmıram".

    Asiya.az xəbər verir ki, bunu açıqlamasında Masallı rayon H.Əliyev prospekti 148 ünvanında yaşayan Əmənov Yusif Qabil oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 190 manat birdəfəlik yardımla bağlı müraciətinə imtina mesajı verilməsindən danışarkən deyib.

    Yusif Əmənovun sözlərinə görə, nazirlik ona 190 manat birdəfəlik yardım verilməsindən imtina edib:

    “Mən heç bir yerdə işləmirəm. Subayam. Sonuncu dəfə xaricdə 2019-cu ilin dekabr ayında olmuşam. 190 manat yardımla bağlı mən də nazirliyə müraciət etdim. Mesaj gəldi ki, "müraciət tarixində ölkə xaricində olduğunuza görə, sizə 190 manat birdəfəlik yardım verilməsindən imtina edilib”. Halbuki, mən 5 aydır ki, Azərbaycandan kənara çıxmamışam. Bütün rayon bilir ki, burdayam”.

    Yusif Əmənov bildirir ki, tanıdığı başqa insanlara da eyni cavab gəlib. Halbuki, həmin vətəndaşlar da hazırda Azərbaycan ərazisində yaşayırlar.

    Nazirlik Masallı sakininə “xaricdəsən” deyib, 190 manat vermədi - FOTO
    Nazirlik Masallı sakininə “xaricdəsən” deyib, 190 manat vermədi - FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ittihamla bağlı hər hansı açıqlama verərsə, dərc etməyə hazırıq.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər