Sərhədlər yayda da açılmaya bilər (POLİTOLOQ)

Sərhədlər yayda da açılmaya bilər (POLİTOLOQ)
  • Siyasət

  • "Yaxın aylarda böyük dövlətlər arasında sərhədlərin açılacağını gözləmirəm”.

    Asiya.az
    xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

    Onun sözlərinə görə, koronavirus pandemiyası bəzi ölkələrdə azalmağa başlasa da, böyük dövlətlər arasında bağlanan sərhədlərin açlıması hələ tezdir:

    "Çünki dövlətlər ehtiyat edirlər ki, sərhədlər açılsa, ikinci dalğa başlaya bilər. Gediş-gəliş artacaq, nəticədə virus yenidən yayılacaq. Bu baxımdan yaxın aylarda sərhədlərin açılacağını gözləmirəm. Hətta yay aylarında da ola bilsin ki, sərhədlər acılmasın, ümumiyyətlə, bu il müxtəlif dövlətlər arasında gediş-gəliş olmasın. Ancaq ticarət mübadiləsi davam edəcək”.

    Elxan Şahinoğlu qeyd edib ki, bu il turizm üçün itirilmiş il hesab olunur.


    Sərhədlər yayda da açılmaya bilər (POLİTOLOQ)
    PAYLAŞ:

    Oxşar xəbərlər