Bakıda Penitensiar Xidmətin əsgəri özünü başından güllələdi

Bakıda Penitensiar Xidmətin əsgəri özünü başından güllələdi
  • Olay

  • Cəzaçəkmə müəssisəsində əsgər başından özünü gülləyib.

    Asiya.az
    xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəza çəkmə müəsissəsində baş verib.

    Penitensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb. Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

    Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər