Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır - HƏYƏCAN TƏBİLİ

Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır - HƏYƏCAN TƏBİLİ
  • Sosial / Araşdırma

  • "Hazırda ölkədə ikinci dalğa yaşanır. Bu prosesin hansı formada davam edəcəyi sosial məsuliyyətdən, vətəndaşların davranışından asılı olacaq”.

    Asiya.az
    -ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    O qeyd edib ki, koronavirusa yoluxanların 76,6 faizində yüngül, 23-24 faizdə isə daha ağır simptomlar qeydə alınıb:

    "Xəstələrin 7-12 faizinin vəziyyəti ağır, 4.5 faizinin vəziyyəti isə daha ağır kimi qiymətləndirilib. Xəstələrin 1,6 faizinin süni nəfəs aparatına ehtiyacı yaranıb”.
    PAYLAŞ:

    Oxşar xəbərlər