Aclıq edən məhkumların sayı çoxaldı – Azərbaycanda

Aclıq edən məhkumların sayı çoxaldı – Azərbaycanda
  • Sosial / Araşdırma

  • Dünən Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Qənimət Məmmədov rejim qaydalarının pozulması, müəssisədə qiymətlərin süni qaldırılması, tibbi xidmətin lazımınca olmaması, müəssisə rəhbərliyinin ona hədə-qorxu gəlməsinə etiraz olaraq müddətsiz aclıq aksiyasına başlaması ilə əlaqəli Jurnalist cəza çəkdiyi müəssisədə aclıq aksiyasına başladı - FOTO başlıqlı xəbər dərc etmişdik.

    Həmin məlumatı bizə Qənimət Məmmədovun anası Sehri Məmmədova verişdi. Sehri Məmmədova onu da qeyd etmişdi ki, oğlu onunla sonuncu dəfə telefonla danışanda anasına deyib ki, müəssisə rəhbərliyi tezliklə onu cərimə təcridxanasına salmaqla cəzalandıracaq.

    Asiya.az məsələ ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovla əlaqə saxlamışdı. M.Sadıqov bildirmişdi ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində heç kim aclıq aksiyası keçirmir.

    Bu gün 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Qənimət Məmmədov özü şəxsən bizimlə telefon əlaqəsi saxlayaraq 2 gündür aclıq aksiyası etdiyini bildirib. Q.Məmmədov qeyd edib ki, rejim qaydalarının pozulması, qiymətlərin süni qaldırılması, tibbi xidmətin lazımınca olmamasına etiraz olaraq AXCP Nərimanov rayon təşkilatının sədri, hazırda məhkumluq həyatı yaşayan Babək Həsənov və digər 2 məhkum bu gündən etibarən ona dəstək olmaq məqsədilə aclıq aksiyasına başlayıb.

    “Biz 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudova ərizə ilə müraciət edib, aclıq aksiyası keçirməyimizi, digər məhkumlardan bizi təcrid edərək, həkim nəzarətinə götürməsini xahiş etdik. Lakin müəssisə rəhbərliyi aclığı dayandırmarıqsa bizi cərimə təcridxanasına saldırıb, zorla yemək yedirdəcəyini bildirdi”.
    Sonda Qənimət Məmmədov aclıq aksiyası keçirən məhkumlar adından hüquq müdafiəçilərindən, KİV-dən onlara kömək olmağı xahiş edib.

    Asiya.az-ın əməkdaşı məsələ ilə bağlı yenidən Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovla əlaqə saxlayıb. M.Sadıqov “Aclıq etmək istəyən məhkum müəssisə rəisinə ərizə ilə müraciət etməlidir. Və bundan sonra qanunvericiliyin tələblərinə əsasən həmin məhkum digər şəxslərdən təcrid olunur və həkim nəzarətinə götürülür. Hazirda heç bir aclıq aksiyası yoxdur” cavabını verib.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər