Salyandan yalan məlumat yayan sayt məhkəməyə verildi

Salyandan yalan məlumat yayan sayt məhkəməyə verildi
  • Siyasət

  • Son dövrlər cənab Prezident İlham Əliyevin islahat tədbirləri nəticəsində bəzi rüşvətxor icra başçıları və müxtəlif vəzifələrdə çalışan şəxslər cəzalandırıldı. Bu sahədə cənab prezidentin qeyd etdiyi kimi mətbuatın da böyük zəhməti var.

    Asiya.az
    xəbər verir ki, 18 may 2020-ci il tarixində “Gündemxeber.az” saytında “Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?” başlığı altında məqalə dərc edilib.

    Bildirək ki, Sevindik Hətəmov Salyan Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilənə kimi Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Hansı rayonda işləməyindən asılı olmayaraq əhali arasında özünə hörmət, böyük nüfuz qazanıb.

    S.Hətəmov son aylar karantin günləri dönəmində də hər zaman rayon sakinlərinin yanında olub, onların qayğıları ilə maraqlanıb.

    Xüsusilə qeyd edək ki, yuxarıda adını çəkdiyimiz məqalə heç bir fakta söykənmir. Hiss olunur ki, bu qərəzli yazılan bir yazıdır və jurnalist təxəyyülünün məhsuludur.
    Məqalədə rayonda olan neqativ hal kimi Sevindik Hətəmovla rayon İcra hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov arasında guya qarşıdurma olduğunu, qarşıdurmanın səbəbi kimi E.Hüseynovun vəzifədən uzaqlaşdırma istəyinin dayandığı bildirilir.
    Əslində isə Salyan rayonunda hər hansı bir qarşıdurma yoxdur və bütün dövlət orqanları, eləcə də vəzifəli şəxslər öz fəaliyyətlərini davam etdirirlər.
    Təəssüflər olsun ki, bəzi jurnalistlər yazı yazmaq üçün başqa səbəb tapmayanda belə replikalardan istifadə edirlər.

    Arzu edirik ki, həmkərlarımız bundan sonra yazı yazarkən daha diqqətli olsunlar. Çünkü Salyan rayonu dinc, əhalisi icra başçısından razı olan rayonlar sırasında ən birincilərdəndir.

    Qeyd edək ki, adı gedən məqalə rayon rəhbərliyinin apardığı işlərə kölgə salmaq, onun nüfuzuna xələl gətirmək, qara yaxmaq cəhdi kimi qiymətləndirilib və bununla əlaqədar məhkəmə orqanlarına müraciət edilib.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər