Tanınmış futbolçu qumarda milyonlar uduzduğunu etiraf etdi

Tanınmış futbolçu qumarda milyonlar uduzduğunu etiraf etdi
  • İdman

  • “Arsenal”ın keçmiş futbolçusu Niklas Bendtnerə qumar çox böyük zərər vurub. Danimarka milli komandasının üzvü buna görə milyonlar itirdiyini etiraf edib.

    Asiya.az
    xəbər verir ki, Bendtner “The Sun”a müsahibəsində başına gələnlərdən danışıb.

    Tanınmış futbolçu qumarda milyonlar uduzduğunu etiraf etdi
    Niklas Bendtner
    Danimarkalı 19 yaşından qumar oynadığını bildirib. Onun sözlərinə görə, indiyə qədər pokerdə 6 milyon funt sterlinq (7 milyon dollardan çox) itirib.

    Bendtner bütün baş verənlərə baxmayaraq, özünü qumar asılılığı olan adam saymır. Danimarkalı deyir ki, poker onun üçün həmişə əyləncə vasitəsi olub. Düzdür, bir dəfə bütün sərhədləri aşdığını boynuna alır. Amma vaxtında özünü ələ almağı bacarıb.

    Hücumçu yenə də poker oynayır. Dediyinə görə, yalnız dostları ilə və kiçik məbləğlərlə.

    Bendtner keçən ilin yanvarında taksi sürücüsünə hücuma görə ev dustaqlığına məhkum edilmişdi.

    32 yaşlı futbolçu indi tamamilə klubsuzdur. Axırıncı dəfə “Kopenhagen”də forma geyinib.
    PAYLAŞ:

    Oxşar xəbərlər