Naftalanda yaşayış binalarında gözoxşayan yenilik - FOTOLAR

Naftalanda yaşayış binalarında gözoxşayan yenilik - FOTOLAR
  • Sosial

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq kurort şəhəri Naftalanda bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Şəhərimizdə karantin rejiminin yumşaldılmasından sonra, Naftalanın estetik gözəlliyinin bərpası və turist məmnunluğunun təmin edilməsi məqsədi ilə əlaqədar yaşıllaşdırma işlərinə başlanılıb.

    Asiya.az
    xəbər verir ki, ilk olaraq şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış binalarının eyvanlarına xüsusi dizaynlı dibçəklərdə əkilmiş dekorativ bəzək gülləri düzülüb. Həmçinin prospektdə ünvan bildirən məlumatverici lövhələr quraşdırlıb. Qeyd edək ki, əvvəllər lövhələr olmamışdır.

    Kurort şəhərimizin təbii gözəlliyinə əlavə rəng qatmaq üçün şəhər ərazisində tədricən bütün binaların fasad hissəsinin gül-çiçəklə bəzədilməsi nəzərdə tutulub.

    Naftalanda yaşayış binalarında gözoxşayan yenilik - FOTOLAR
    Naftalanda yaşayış binalarında gözoxşayan yenilik - FOTOLAR
    Naftalanda yaşayış binalarında gözoxşayan yenilik - FOTOLAR
    Naftalanda yaşayış binalarında gözoxşayan yenilik - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər