Millət Vəkili Anar İsgəndərovdan Ramazan təbriki!

Millət Vəkili Anar İsgəndərovdan Ramazan təbriki!
  • Siyasət / Manşet

  • Millət Vəkili Anar İsgəndərov şəxsi feyzbuk hesabından Ramazan bayramı təbriki paylaşıb.

    Asiya.az həmin təbriki təqdim edir:

    “Salam!
    Sizi Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah tutduğunuz orucları, qıldığınız namazları, etdiyiniz duaları qəbul eləsin. Müstəqil Azərbaycanımıza əmin-amanlıq, ailənizin hər bir üzvünə sağlam illər, ruzi-bərəkət, xoş günlər arzulayıram.
    Bu ilki Ramazan dünya üçün mürəkkəb dövrə təsadüf etdi. Pandemiya təhlükəsi ilə mücadilə apararkən yer üzündə sağlamığın və əmin-amanlığın bərqərar olması üçün dualarınızı etdiniz. Dövlətimiz bu çətin günlərdə öz vətəndaşlarının sağlamlığının qorunması üçün mümkün olanları etdi.İmkanlı adamlarımız aztəminatlı ailələrə yardımla bağlı dövlət başçısının çağırışına qoşularaq bu xeyirxah işdə əməl sahibi oldular. Allahın köməyi ilə bütün çətinliklər arxada qalacaq.
    Bayramınız mübarək”.

    Millət Vəkili Anar İsgəndərov
    PAYLAŞ:

    Oxşar xəbərlər