Masallıda 28 yaşlı gənc rəis təyin edildi

Masallıda 28 yaşlı gənc rəis təyin edildi
  • Siyasət, Manşet

  • Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun müvafiq əmri ilə İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi (kadrlar üzrə işin aparıcısı) İbrahimov Zaur Hacıbala oğlu Masallı rayon Mənzil İstismar Sahəsinin rəisi vəzifəsinə təyin olunub.

    Asiya.az xəbər verir ki, əslən Masallı rayonunun Qodman kəndindən olan Zaur İbrahimov 04 mart 1992-ci ildə Rusiya Federasiyası Ulyanovsk vilayətində anadan olub. Qodman kənd tam orta məktəbində orta təhsil alıb. 2013-cü ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetini bitirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsidir.

    Əmək fəaliyyətinə Masallı rayon İcra hakimiyyəti başçısının Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib kimi başlayan Zaur İbrahimov sonra rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi (kadrlar üzrə işin aparıcısı) vəzifəsində çalışıb.

    YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədr müavinidir.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər