Daşkəsən Rayon İcra Hakimiyyəti təkzib etdi

Daşkəsən Rayon İcra Hakimiyyəti təkzib etdi
  • Siyasət

  • Müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə Daşkəsən rayon İcra hakimiyyətinin nüfuzunu ləkələməyə yönəlmiş, aparılan çirkin, qərəzli kampaniyaya görə Daşkəsən rayon İcra hakimiyyəti Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət etdi.

    Asiya.az
    həmin müraciəti təqdim edir:

    "Azərbaycan Respublikasının Baş Prokuroru
    hörmətli Kamran Əliyevə

    Surəti :
    Azərbaycan Respublikasının Baş
    Prokurorluğunun mətbuat xidmətinin rəhbəri
    hörmətli Eldar Sultanova



    Bildiririk ki, mayın 27-də Daşkəsən rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi barədə Daşkəsən rayon Polis şöbəsi tərəfindən rayon İcra hakimiyyətinə məlumat verilmişdir. Rayon Polis şöbəsi tərəfindən verilmiş məlumatda bildirilmişdir ki, həmin hadisədə heç bir xəsarət alan və şikayətçi yoxdur.
    Müxtəlif xəbər saytlarında və sosial şəbəkələrdə Daşkəsən rayon İcra hakimiyyətinin nüfuzunu ləkələməyə yönəlmiş, aparılan çirkin, qərəzli kampaniyaya münasibət olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu xəbərlər tamamilə yalandır, uydurma və şayiədir. Həmin yol nəqliyyat hadisəsinin Daşkəsən rayon İcra hakimiyyətinə heç bir aidiyyəti yoxdur.

    Kütləvi informasiya vasitələri ilə Baş Prokuror hörmətli Kamran müəllimdən xahiş edirik ki, bu məsələyə hüquqi qiymət verilsin və yalan məlumat yayanlar saytlar barəsində təcili qanunamüvafiq tədbir görülsün.
    Əks təqdirdə bu şaiyələri yayan saytlarla bağlı cənab Prezidentə müraciət ediləcəkdir.

    Hörmətlə,

    Elmar Əliyev
    Daşkəsən Rayon İcra Hakimiyyətində
    İctimai-siyasi və humanitar məsələlər
    şöbəsinin müdir müavini"
    PAYLAŞ:

    Oxşar xəbərlər