Şəkinin kəndində qonur ayı göründü

Şəkinin kəndində qonur ayı göründü
  • Olay

  • Şəkinin kəndində peyda olan ayı yerli sakinlərin qorxuya düşməsinə səbəb olub.

    Asiya.az
    -ın məlumatına görə, yırtıcı axşam saatlarında rayonun Baş Layısqı kəndində görünüb.

    Kənd sakinlərindən biri, avtomobillə hərəkətdə olarkən təqribən 3-4 yaşlı qonur ayını müşahidə edib. Sürücü hərəkətdə olan avtomobilin qarşısı ilə kənd istiqamətində qaçan ayının videogörüntülərini mobil telefonunun yaddaşına köçürüb.

    Onun sözlərinə görə, ayı təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib.

    Sakinlər bildiriblər ki, son günlər bu ərazidə bir neçə ayı görünüb.

    Qeyd edək ki, mayın 31-də saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.//report
    PAYLAŞ:

    Oxşar xəbərlər