Cəlilabadın 5 kəndi karantinə alınıb, Masallıda isə bir kənddən 7 ailə xəstəxanaya yerləşdirilib

Cəlilabadın 5 kəndi karantinə alınıb, Masallıda isə bir kənddən 7 ailə xəstəxanaya yerləşdirilib
  • Sosial / Manşet

  • Azərbaycanda son günlər koronavorusa yoluxanların sayı sürətlə artmağa başlayıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına görə, təkcə, dünən 387 nəfər virusa yoluxub.

    Asiya.az Jamaz.info-ya istinadən xəbər verir ki, son 14 gün ərzində koronavirusa yoluxanların əsas hissəsi Bakının payına düşsə də, Cənub bölgəsində də durum yaxşı deyil.
    Belə ki, Cəlilabad rayonunun Həziabad, Komanlı, Bəcrəvan, Ağdaş və Şıxlar kəndləri ötən gündən etibarən karantin altına alınıb. İndiyə qədər 5 kənddə 30-dan çox şəxsdə koronavirusa yoluxma faktı aşkarlanıb. Rayonun Həziabad kəndində isə vəziyyət daha pisdir və burada 10 ailədə virus aşkarlanması məcburi addımların atılmasını zəruri edib.

    Yerli rəsmilərin dediyinə görə, sözügedən kəndlərdə virusun birdən birə çoxalmasının səbəbkarı Rusiyadan gələn bir-neçə ailə olub. Belə ki, onlar sərhəddi keçdikdən sonra karantinə alınmayıblar və birbaşa evlərinə buraxılıblar.

    Bundan əlavə, virusun kənddə geniş yayılması keçirilən yas mərasimindən sonra üzə çıxıb. Güman edilir ki, həmin yas mərasimi kənd əhli arasında koronavirusa yoluxmanın sürətlənməsi üçün təkan rolu oynayıb.

    Jamaz.info-nun əldə etdiyi digər məlumata görə, Masallının Təzə Alvadı kəndində də vəziyyət yaxşı deyil. Belə ki, kənddə 7 ailə karantinə alınıb və indiyə qədər bir nəfər koronavirusdan dünyasını dəyişib. Lakin bütün kənd nəzarətə götürülsə də, karantinə alınmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər