DİN Masallıda əməliyyat keçirdi - SAXLANILANLAR VAR -FOTO

DİN Masallıda əməliyyat keçirdi - SAXLANILANLAR VAR -FOTO
  • Hadisə

  • Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş F.Abbasov saxlanılıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

    Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran rayon sakini A.Qafarov da saxlanılıb.

    Ətrafında aparılan tədbirlərlə onun evindən 3 kq 145 qram marixuana, 8 qramdan artıq heroin və 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

    DİN Masallıda əməliyyat keçirdi - SAXLANILANLAR VAR -FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər