Bayram Nurlu karantini pozduğuna görə cəzalandırıldı - VİDEO

Bayram Nurlu karantini pozduğuna görə cəzalandırıldı - VİDEO
  • Mədəniyyət / Asiya TV

  • Sosial şəbəkələrdə “Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs etməsini əks etdirən görüntülər yayımlanıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bununla əlaqədar Bayraməli Musayev Polis Şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilib. O, törətdiyi inzibati xətanı etiraf edib və bu hərəkətindən peşiman olduğunu bildirib.

    PAYLAŞ:

    Oxşar xəbərlər