4 uşaq anası olan azərbaycanlı qadın güllələnib - Son nəfəsdə qatilin adını deyib - FOTO

4 uşaq anası olan azərbaycanlı qadın güllələnib - Son nəfəsdə qatilin adını deyib - FOTO
  • Hadisə

  • Türkiyənin Konya şəhərində Azərbaycan əsilli qadını öldürməkdə ittiham olunan şəxs 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Asiya.az
    xəbər verir ki, qətli törədən Rahim Aracı 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, Aracıya "6136 saylı Qanuna müxaliflik" ittihamı ilə 1 il 6 ay həbs cəzası da verilib.

    Xatırladaq ki, hadisə 2018-ci ilin iyulun 24-də Konyanın Fevzi Çakmak məhəlləsində baş verib. Ərindən boşanan üç uşaq anası Sahibə Yükselir hadisədən bir gün əvvəl - iyulun 23-də evli olan sevgilisi Rahim Aracının iş yerinə gedib.

    Orada azərbaycanlı qadınla Aracı arasında mübahisə düşüb. Mübahisə qısa zamanda cütlük arasında davaya çevrilib. Olaya polis müdaxilə etsə də tərəflər bir-birlərindən şikayətçi olmayıblar. Lakin bir gün sonra Rahim Aracı iş yerinə gedərkən avtomobilində yenə S.Yükselirlə mübahisə edib.

    O, avtomobilində gəzdirdiyi tapança ilə azərbaycanlı qadına səkkiz dəfə atəş açaraq hadisə yerindən qaçıb. Olay yerinə gələn polislərə ağır yaralı olan Sahibə "Məni Rahim vurdu" deyib. Qadın xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

    4 uşaq anası olan azərbaycanlı qadın güllələnib - Son nəfəsdə qatilin adını deyib - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər