Ermənistan itkilərinin bir qismini də açıqladı - RƏSMİ (YENİLƏNDİ)

Ermənistan itkilərinin bir qismini də açıqladı - RƏSMİ (YENİLƏNDİ)
  • Dünya

  • Ermənistan Tovuz istiqamətində təxribatına cavab olaraq Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində verdiyi itkilərdən daha ikisini rəsmən etiraf edib.

    Asiya.az
    Axar.az-a istinadla xəbər verir ki, Azərbaycan əsgərləri tərəfindən məhv edilən hərbçilər Slavik Qaytsakov və Aşot Melkumyandır.

    18:45

    Azərbaycan ordusunun açdığı atəş nəticəsində Ermənistan ordusunun daha iki hərbçisi məhv edilib.

    Qeyd edək ki, bu, Ermənistan tərəfindən itkiləriylə bağlı indiyə qədər edilən ilk açıqlamadır. Bundan öncə yalnız 5 yaralının olduğu bildirilmişdi.

    xxx

    18:21

    Ermənistan tərəfi itkilərinin bir hissəsini açıqlayıb.

    Publika.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Feysbuk səhifəsində daha 2 hərbiçinin öldüyünü etiraf edib.

    Kiçik çavuşlar Smbat Qabrielyan və Qrişa Matevosyan məhv edilib.

    Qeyd edək ki, Stepanyan daha əvvəl erməni mayor və kapitanın məhv edilməsini etiraf etmişdi

    Ermənistan itkilərinin bir qismini də açıqladı - RƏSMİ (YENİLƏNDİ)
    Ermənistan itkilərinin bir qismini də açıqladı - RƏSMİ (YENİLƏNDİ)
    PAYLAŞ:

    Oxşar xəbərlər