Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO/VİDEO

Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO/VİDEO
  • Mədəniyyət / Asiya TV

  • Azərbaycan teatr ictimaiyyətinə itki üz verib.

    Asiya.az
    publika.az-a istinadən xəbər verir ki, bu barədə YUĞ Teatrının "Facebook" hesabında məlumat yerləşdirilib.

    Qeyd edilib ki, YUĞ Teatrının keçmiş direktoru Cərayıl İsrafilov 69 yaşında vəfat edib.

    O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.

    1991-2007-ci illərdə "YUĞ" Teatrının direktoru vəzifəsində çalışıb. C.İsrafilov professor İsrafil İsrafilovun və YUĞ Dövlət Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun qardaşıdır.



    Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO/VİDEO
    PAYLAŞ:

    Oxşar xəbərlər