Avropaya getmək artıq daha da asanlaşır: Bu, ölkəmiz üçün nə deməkdir?

Avropaya getmək artıq daha da asanlaşır: Bu, ölkəmiz üçün nə deməkdir?
  • İqtisadiyyat

  • Ötən gün Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Vareli Azərbaycanla viza rejiminin liberallaşdırılması məsələsinə baxmağa hazır olduqlarını bildirib.

    Asiya.az
    xəbər verir ki, komissar bu fikri Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin videokonfransında çıxışı zamanı bildirib.

    Ötən gün Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Vareli Azərbaycanla viza rejiminin liberallaşdırılması məsələsinə baxmağa hazır olduqlarını bildirib. Komissar bu fikri Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin videokonfransında çıxışı zamanı bildirib.

    Xatırladaq ki, Avropa ilə Azərbaycan arasında viza məsləsinin ləğvi uzun müddətdir gündəmdədir. Bəs vizanın ləğv olunması Azərbaycana nə vəd edir?

    Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən siyasi analitik Turab Rzayev bildirib ki, Vareli çıxışında Avropa İttifaqının tezliklə Azərbaycan da daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələri ilə vizasız rejimə hazır olduğunu söyləməsi bizim üçün önəmlidir:

    "Bildiyimiz kimi, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə Sövdələşmələri üzrə komissar Oliver Vareli Avropa ittifaqının Azərbaycanla viza rejiminin liberallaşdırılmasına hazır olduğunu bildirib. Ancaq komissar əlavə edib ki, bizim standartlarımız və şərtlərimiz bəllidir, müraciət olunsa, əlbəttə, ona baxılacaq. Eyni zamanda bu ölkələrə nə qədər dəyər verildiyi vurğulansa da, Avropanın şərtlərinin və qaydalarının da qüvvədə qalacağına, üzv ölkələrin buna əməl etməyə məcbur olacaqlarına işarə edilib. Yəni Avropa şərtlərdə güzəşt eləmir. Avropa İttifaqının vitse-prezidenti Jozef Borel həmin konfransda olan çıxışında bildirib ki, biz sizin yanınızdayıq, sizə güclü dəstək veririk və birlikdə güclüyük. Bu sözlər də Avropanın və regionun gələcəyinin formalaşmasında bu ölkələrlə birlikdə olmasını xüsusi vurğulaması, Şərq Tərəfdaşlığı proqramının Avropanın əsas prioritetlərindən biri olmasını və bəlkə də ən əhəmiyyətli prioriteti olacağını sübut edir".

    Ekspert "MediaPost"a danışarkən viza məsələsinin gündəmə gətirilməsinin ölkəmiz üçün müsbət və mənfi tərəflərinə də toxunub: "Viza sərbəstliyi bizim üçün ilk növbədə prestij deməkdir. Avropa ilə belə sərbəst münasibətləri olan ölkələr adətən həm beynəlxalq təşkilatlardan, həm də beynəlxalq maliyyə-iqtisad qurumlardan böyük rəğbət görür. Bu da öz növbəsində indiki halda hava-su kimi ehtiyacımız olan investisiyalara şərait yaradar. Digər məsələ işsiz qalan əhalinin bir qismi bu yolla özünə müvəqqəti və ya daimi gəlir mənbəyi yarada biləcək. Avropa ilə ticarət daha da rahatlaşacaq. Təhsil almaq, özünü inkişaf etdirmək istəyənlər, lap elə klassik turizm üçün də yeni qapılar açılacaq. Vizasız rejimin mənfi tərəfi kimi ölkəmizdə sürətlənməkdə olan beyin axınını misal göstərmək olar. Amma burada da istiqamət ikitərəfli olacaq. Bir tərəfdən daha keyfiyyətli kadrlar ölkəni tərk edəcək. Digər tərəfdən gedənlərin bir hissəsi daha keyfiyyətli təhsil, təcrübə ilə geri qayıdaraq iqtisadi inkişafımıza töhfə verəcək".
    PAYLAŞ:

    Oxşar xəbərlər