Şəbnəm Tovuzluya ağır itki üz verdi

Şəbnəm Tovuzluya ağır itki üz verdi
  • Mədəniyyət

  • Gəncə şəhərində 22 yaşlı Rzayev Pünhan Rəhman oğlu intihar edib.

    Asiya.az
    xəbər verir ki, mərhum müğənni Şəbnəm Tovuzlunun xalası oğlu olub. Bu haqda Axşam.az-a açıqlamasında sənətçi özü deyib. O bildirib ki, Pünhanın borcu olub:

    "Bilmirik nə oldu. 5 min manat borcu var imiş. Pis kruqa düşüb, heç kimə deməyib. Mənə desəydi onun borcunu ödəməzdim? 5 min onun cavan canına qurban. Neçə-neçə insana əl tutmuşam. Pünhana da hər zaman kömək edirdim. Əsgərliyə gedəndə hər günü ilə maraqlandım.

    Xalam dünyasını dəyişib, ona görə də Pünhanı nəzarətsiz qoymurdum. Hər ay ona xərclik göndərirdim. Desəydi ki, bacı, vəziyyətim pisdir, belə oyuna düşmüşəm, edərdim. Bilmədik, onu məcbur ediblər, qorxub, yoxsa nə... Özünü gedib asıb".

    Qeyd edək ki, hadisə avqustun 11-də Metallurq stadionunda baş verib. Şəhər sakini, 1998-ci il təvəllüdlü Pünhan özünü stadiondakı yarımtikilidən telefon naqili ilə asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır.

    Mərhum ailəli idi.

    Şəbnəm xanım mərhumun qardaşı Sübhana 200 manat yardım da edib.

    Qohumları bildirir ki, vaxtında borcu ödənsəydi, heç bu dəhşətli hadisə də olmazdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər