Ramil Quliyev Brilyant Liqada 5-ci oldu

Ramil Quliyev Brilyant Liqada 5-ci oldu
  • İdman

  • Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Brilyant Liqasını medalsız başa vurub.

    Asiya.az
    xəbər verir ki, 30 yaşlı idmançı Monakoda keçirilən turnirin 200 metr məsafəyə qaçış yarışlarında 20,80 saniyə nəticə göstərib və 5-ci olub. Yarışın qalibi adını ABŞ təmsilçisi Noa Lays qazanıb - 19,76 saniyə.

    Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya çempionu olub. Atlet 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu adını qazanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər