"Lotu Quli"ni güllələyərək öldürüblər - Qatil yaxın dostudur

"Lotu Quli"ni güllələyərək öldürüblər - Qatil yaxın dostudur
  • Manşet / Hadisə

  • Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

    Asiya.az
    Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.

    Lotu Qulinin başından 4 güllə yarası aldığı bildirilir. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    İlkin məlumata görə, onu öldürən şəxs də yaralanıb və hadisə yerindən qaçmağa müvəffəq olub. Ancaq cinayətkar Antalya-Dənizli yolunda polislər tərəfindən saxlanılıb.

    ***

    "Lotu Quli”ni güllələyən şəxslə bağlı bəzi məlumatlar daxil olmaqdadır.

    Asiya.az
    "virtualaz.org”a istinadən xəbər verir ki, həmin şəxs "Xan Əhmədlinski” ləqəbi ilə tanınan kriminal avtoritetdir.

    Bildirilir ki, "Xan” son vaxtlar "Lotu Quli”nin təşəbbüsü ilə onun yaxın ətrafına daxil olubmuş. Sosial şəbəkələrdə "Lotu Quli”nin "Xan Əhmədlinski” ilə birlikdə çəkilmiş fotoları da yer alır.
    PAYLAŞ:

    Oxşar xəbərlər