Prezidentin köməkçisi düşmənin Mingəçevirə atdığı raketlərin görüntülərini yaydı - Foto

Prezidentin köməkçisi düşmənin Mingəçevirə atdığı raketlərin görüntülərini yaydı - Foto
  • Olay

  • Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Mingəçevirə raket hücumunu sübuta yetirən görüntüləri paylaşıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə H.Hacıyev "Twitter” hesabında yazıb.

    "Ermənistanın Azərbaycanın kritik mülki infrastrukturuna qəsdən və məqsədyönlü hücumunun sübutu. Raket Mingəçevirdəki enerji blokunun yaxınlığına düşüb. Ancaq partlamayıb.

    Ermənistanı ayıltmaq və məsuliyyəti dərk etməsi üçün sülhəməcburetmə davam etməlidir”, - deyə H.Hacıyev bildirib.

    Qeyd edək ki, atılmış 3 raketdən 2-si partlamayıb.

    Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

    Prezidentin köməkçisi düşmənin Mingəçevirə atdığı raketlərin görüntülərini yaydı - Foto
    Prezidentin köməkçisi düşmənin Mingəçevirə atdığı raketlərin görüntülərini yaydı - Foto
    Prezidentin köməkçisi düşmənin Mingəçevirə atdığı raketlərin görüntülərini yaydı - Foto
    PAYLAŞ:

    Oxşar xəbərlər