Putin Paşinyanı belə alçaltdı - VİDEO

Putin Paşinyanı belə alçaltdı - VİDEO
  • Dünya / Asiya TV

  • Sentyabrın 27-dən Azərbaycana qarşı davamlı təxribatlar törədən işğalçı Ermənistan rəhbərliyinin Rusiya Prezidenti Vladimir Putinə tez-tez zəng etdiyini göstərən görüntülər yayılıb.


    Asiya.az
    xəbər verir ki, bu barədə "Rossiya 1” telekanalı xəbər süjeti hazırlayıb. "Moskva, Kreml, Putin” verilişində Prezident Vladimir Putinin iclasda iştirakı zamanı Paşinyanın ona dəfələrlə zəng vurduğu əks olunur. Kadr arxasında Vladimir Salavyov bildirir ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı digər ölkələrin rəhbərləri Vladimir Putinə daim zəng vururlar. Kadrlardan görünür ki, Vladimir Putin zənglərə cavab vermir.

    Müxbir Prezidentin mətbuat xidmətinə istinadla deyir ki, zəng vuran Paşinyandır. Daha sonra iki dəfə Fransa Prezidenti Makron zəng vurub. Bundan sonra Rusiya Prezidentinin köməkçisi ona məktub da çatdırır. Vladimir Putin iclasın sonunadək Paşinyanın zənglərinə cavab vermir.

    PAYLAŞ:

    Oxşar xəbərlər