Bakı-Tbilisi-Ceyhan neft kəmərinə atılan raket Ermənistanı çətin duruma salacaq - AÇIQLAMA

Bakı-Tbilisi-Ceyhan neft kəmərinə atılan raket Ermənistanı çətin duruma salacaq - AÇIQLAMA
  • Siyasət / Araşdırma

  • Ermənistan ötən gün Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə alıb.

    Asiya.az
    xəbər verir ki, düşmən kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, ordumuz tərəfindən terror cəhdinin qarşısı alınıb.
    Maraqlıdır, bu addımına görə digər ölkələr beynəlxalq çərçivədə Ermənistana qarşı cəzalandırma mexanizmini işə sala bilərmi?

    Mövzu ətrafındaSfera.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov kəmərin hətta ziyan görməyəcəyi halda belə Ermənistanın digər ölkələr qarşısında məsuliyyət daşıdığını qeyd edib:

    "Xoşbəxtlikdən Ermənistanın bu hücumu öz məqsədinə çatmadı. Bu hücüm Ermənistanın uzun illərdən bəri Azərbaycanın mülki əhalisinə və strateji obyektlərinə qarşı yürütdüyü terror siyasətinin davamıdır.

    Boru kəmərləri Azərbaycanın iqtisadi və strateji maraqları üçün əhəmiyyət kəsb etdiyi kimi digər ölkələrin də iqtisadi və siyasi maraqları üçün strateji əhəmiyyət kəsb edir. Əgər bu obyektə hər hansı ziyan gələrsə, Ermənistan təbii ki, bütün maraqları ziyan görən ölkələr, şirkətlər və maraq qrupları qarşısında həm siyasi, həm hüquqi, həm də digər müstəvilərdə cavab verməli olacaq.


    Boru kəmərlərinə ziyan dəyməsə belə digər ölkələr Ermənistana bu əməldən dolayı xəbərdarlıq da edə bilərlər, şikayət də”.
    PAYLAŞ:

    Oxşar xəbərlər